Tramp Hörmüz boğazını yenidən ABŞ ərazisi kimi göstərdi-FOTO
ABŞ Prezidenti Donald Tramp ölkəsinə məxsus ərazilərin siyahısını paylaşarkən Hörmüz boğazını bir daha bu siyahıya daxil edib.
hadiseler.info xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Truth Social” platformasındakı rəsmi hesabında paylaşım edib.
Paylaşılan təsvirdə boğazın adının yanında “yeni” qeydi yer alıb. Tramp bu paylaşımla bağlı hər hansı əlavə şərh və ya izahat verməyib.
Qeyd olunan ərazilər siyahısında Puerto-Riko, Quam, Amerika Samoası, Vircin adaları, Şimali Marian adaları, Ueyk adası, Mikroneziya Federativ Ştatları, Marşall adaları və Vaşinqton kimi coğrafi adlar da yer alıb.
Xatırladaq ki, Mikroneziya və Marşall adaları reallıqda ABŞ ilə sərbəst assosiasiyada olan suveren və müstəqil dövlətlərdir.

No Comment! Be the first one.