Tramp: “İrandakı yeni nüvə obyektinə sarsıdıcı zərbə endirə bilərik”
ABŞ Prezidenti Donald Tramp İrandakı ehtimal edilən yeni nüvə obyektində fəaliyyətin davam edəcəyi təqdirdə Vaşinqtonun Tehranaya ağır hərbi zərbə endirə biləcəyini bəyan edib.
hadiseler.info xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının Dallasdakı milli qurultayında çıxışı zamanı bildirib.
Tramp Natanz yaxınlığında yerləşən Kirka dağındakı hərəkətliliyə diqqət çəkərək İrana xəbərdarlıq edib:
“Kirka dağında müəyyən hərəkətlilik müşahidə edirik. İrana hiyləgərlik etməməyi məsləhət görərdim, əks halda onlara çox ağır zərbə vurmağa məcbur olacağıq. Başqa yolumuz yoxdur”.
ABŞ lideri, həmçinin hərbi əməliyyatların birbaşa Kirka dağına da yönələ biləcəyini istisna etməyib: “Kiminsə dediyinə görə, obyektdə kiçik bir fəaliyyət var. Ehtimal ki, oraya da zərbə endirməli olacağıq”.
No Comment! Be the first one.