Tramp İranla münaqişənin nə zaman bitəcəyini açıqladı
ABŞ Prezidenti Donald Tramp İranla yaşanan münaqişənin yaxın zamanlarda başa çatacağını bəyan edib.
hadiseler.info xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb. Nebraskada seçicilər qarşısında çıxış edən Ağ Ev rəhbəri münaqişənin Konqresə keçiriləcək seçkilərə qədər və ya dərhal sonra yekunlaşacağını istisna etməyib.
Tramp çıxışında qeyd edib: “Bütün bunlar bu və ya digər şəkildə çox tez, yaxın zamanlarda başa çatacaq. Bəlkə seçkilərdən bir az əvvəl, bəlkə də bir az sonra”.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti İranla birbaşa danışıqlara hər zaman açıq olduğunu bildirmişdi. O, həmçinin Tehranla bağlı yekun qərar verəcəyini vurğulayaraq, məsələnin ya sülh yolu ilə, ya da daha kəskin variantda həll olunacağını diqqətə çatdırmışdı.
No Comment! Be the first one.