Tramp Zelenskidən Rusiyanın neft obyektlərinə zərbələri dayandırmağı xahiş etdi
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərək Rusiyanın enerji və neft obyektlərinə hücum etməməyi xahiş edib.
hadiseler.info xəbər verir ki, Donald Tramp Volodimir Zelenskinin bu xahişə müsbət cavab verdiyini bildirib. Ukrayna lideri də öz növbəsində ölkəsinin Rusiyadakı neft obyektlərinə “yəqin ki” zərbə endirməyəcəyini ifadə edib.
Tramp vurğulayıb ki, Rusiyanın neft emalı zavodlarına və dizel istehsalı müəssisələrinə endirilən zərbələr istehsal həcmini azaldır ki, bu da qlobal neft bazarında ciddi problemlərə və qiymət dalğalanmalarına yol açır.
No Comment! Be the first one.