Trampdan sərt açıqlama: “İranı yenidən bombalaya bilərəm”
ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların yenidən başlana biləcəyini istisna etməyib.
hadiseler.info xəbər verir ki, bu barədə ABŞ lideri Floridada həyat yoldaşı Melaniya Trampla birlikdə səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Tramp Tehranın razılaşmaya gəlməyəcəyi təqdirdə İrana yenidən zərbələr endirə biləcəyini bildirib:
“Bunu sona qədər çatdırmalı ola bilərəm, yoxsa onlar razılığa gələcəklər. Əmin deyiləm. Hər halda, biz qalib gələcəyik. Amma İranı yenidən bombalaya bilərəm”.
ABŞ lideri İranın hərbi və iqtisadi baxımdan, demək olar ki, məhv edildiyini iddia edib. O, Tehranın ABŞ ilə razılaşmaq istədiyini və bunun mümkün olduğunu söyləsə də, İranın əldə ediləcək razılaşmaya əməl edəcəyinə əmin olmadığını vurğulayıb. Tramp həmçinin əlavə edib ki, əgər ABŞ İranı dayandırmasaydı, ölkə qısa müddətdə nüvə silahı əldə etməyin yolunu tapardı.
No Comment! Be the first one.