Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədənlərdən birində bədbəxt hadisə baş verib.
hadiseler.info xəbər verir ki, “Demirören” agentliyinin taratdığı məlumata əsasən, mədənlərdən birində uçqun meydana gəlib.
İlkin məlumatlara görə, uçqun altında qaldığı ehtimal edilən 7 işçidən 2-si xilasedicilər tərəfindən sağ çıxarılıb. Hazırda 5 nəfərin dağıntılar altında qaldığı bildirilir. Ərazidə axtarış-xilasetmə əməliyyatları fasiləsiz olaraq davam etdirilir.
No Comment! Be the first one.