Türkiyədə korrupsiya əməliyyatı: 7 nəfər həbs olundu
Türkiyənin paytaxtı Ankarada Etimesgut Bələdiyyəsi ilə bağlı qanunsuzluq və korrupsiya iddiaları üzrə aparılan genişmiqyaslı istintaq çərçivəsində 7 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
hadiseler.info xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Ankara Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən yürütülən istintaq çərçivəsində bələdiyyə tenderlərində mənimsəmə və qanunsuzluqlar, saxta sənədlərin tərtib olunması, habelə tikinti və avtomobil dayanacaqları layihələri üçün icazələrin verilməsi qarşılığında qanunsuz mənfəət (rüşvət) əldə edilməsi faktları araşdırılır.
Genişmiqyaslı əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılanlardan 7 nəfər məhkəmə qərarı ilə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib. Məlumata görə, həbs edilən şəxslər arasında Etimesgut Bələdiyyə sədrinin iki müavini də var.
İş üzrə şübhəli bilinən daha 4 nəfər barəsində isə ev dustaqlığı formasında məhkəmə nəzarəti tədbiri tətbiq olunub.
Hazırda faktla bağlı istintaq əməliyyatları davam etdirilir.
No Comment! Be the first one.