Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Prezidentlər Şuşa qalası önündə – Fotolar
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər – Foto
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K

Dünya

Fransada etirazçılar bələdiyyə binasını dağıdıblar

Oktyabr 17, 2026
69 Views

Fransada yanacaq bahalaşması və alıcılıq qabiliyyətinin düşməsinə qarşı başlayan kütləvi etirazlar daha da kəskinləşib.

hadiseler.info xəbər verir ki, ölkənin Marsel şəhərində nümayişçilər bələdiyyə binasına basqın ediblər.

“La Provence” qəzetinin məlumatına görə, aqressiv etirazçılar meriyanın giriş qapısını sındıraraq daxil olub, binanın divarlarını rəngləyərək daxili infrastruktura ciddi ziyan vurublar.

BFMTV telekanalının yayımladığı görüntülərdən aydın olur ki, insident zamanı Fransa Respublikasının əsas milli simvollarından biri sayılan Mariannanın büstü də sındırılaraq məhv edilib. Hadisədən dərhal sonra xüsusi polis bölmələri meriya binasını tam mühasirəyə alıb və əraziyə qalxanlı təhlükəsizlik qüvvələri yerləşdirilib.

Məlumata görə, meriyaya hücum etməzdən bir qədər əvvəl həmin aqressiv qrup şəhər mərkəzində yerləşən bələdiyyə polis bölməsini talan edib və ətrafdakı bir neçə ticarət obyektinə ziyan vurub.

Marseldəki iğtişaşlar ölkə miqyasında keçirilən kütləvi tətillər fonunda baş verir. Oktyabrın 17-də Paris başda olmaqla Fransa üzrə ümumilikdə 190 minə yaxın (o cümlədən paytaxtda 40 minə yaxın) insanın küçələrə çıxdığı bildirilir. Etiraz aksiyalarına taksi sürücüləri, tibb və tikinti sektoru çalışanları, həmkarlar ittifaqları, tələbələr və “Sarı jiletlilər” hərəkatının üzvləri qoşulub.

Aksiyaların əsas tələbi yanacaq qiymətlərinin endirilməsi və əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır.

Tags:

#Dünya#EtirazAksiyası#Fransa#HadiselerInfo#İğtişaş#MariannaBüstü#Marsel#Paris

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Papa XIV Leo xəstəxanadan BURAXILDI

Next

Türkiyədə korrupsiya əməliyyatı: 7 nəfər həbs olundu

Next
Oktyabr 17, 2026

Türkiyədə korrupsiya əməliyyatı: 7 nəfər həbs olundu

Previous
Oktyabr 17, 2026

Papa XIV Leo xəstəxanadan BURAXILDI

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Prezidentlər Şuşa qalası önündə – Fotolar
Ayla
Noyabr 8, 2026
Siyasət
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər – Foto
Ayla
Noyabr 8, 2026
Siyasət
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Ayla
Noyabr 8, 2026
Elm və Təhsil
Ərdoğan: “Gələn il Ağdamda məktəbin açılışını edəcəyik”
Ayla
Noyabr 8, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

Xəbər xətti

Prezidentlər Şuşa qalası önündə – Fotolar
Noyabr 8, 2026
Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər – Foto
Noyabr 8, 2026
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 656
Hadisə 618
Cəmiyyət 354

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya