Türkiyədə meşə yanğını: Turizm zonası və yaşayış evləri təhlükədə – VİDEO
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda turizm zonasının yaxınlığında güclü meşə yanğını baş verib.
hadiseler.info “Haberler” nəşrinə istinadən xəbər verir ki, güclü küləyin təsiri ilə alov qısa müddətdə geniş əraziyə yayılaraq yaşayış evlərinə və turizm obyektlərinə təhlükə yaratmağa başlayıb.
Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları və meşə təsərrüfatı qüvvələri cəlb olunub. Yanğının qarşısını almaq üçün həm qurudan, həm də havadan operativ müdaxilə edilir.
Alovun yaxınlaşması səbəbilə ərazidəki bəzi evlərin sakinləri, eləcə də qocalar evinin sakinləri təhlükəsiz zonalara təxliyə olunub.
No Comment! Be the first one.