Türkiyədə sərnişin avtobusu TIR-la toqquşdu: 11 ölü, 26 yaralı- VİDEO
Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info “APA”ya istinadən xəbər verir ki, dəhşətli qəza Gebze-Orhangazi-İzmir avtomobil yolunda qeydə alınıb.
Sərnişin avtobusunun TIR-la toqquşması barədə daxil olan həyəcan siqnalından dərhal sonra əraziyə çoxlu sayda təcili tibbi yardım briqadası, yanğınsöndürənlər və xilasedici qüvvələr cəlb olunub. İlkin məlumatlara görə, şiddətli toqquşma nəticəsində 11 nəfər həyatını itirib, 26 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Hazırda hüquq-mühafizə organları tərəfindən faciəvi qəzanın başvermə səbəbləri araşdırılır.
No Comment! Be the first one.