Türkiyəli tanınmış futbolçu vəfat etdi
Türkiyənin “Bandırmaspor” klubunun futbolçusu Tolqa Kalender 25 yaşında dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, uzun müddətdir xəstəxanada müalicə alan gənc futbolçu həkimlərin səylərinə baxmayaraq vəfat edib. Onun ölümünün dəqiq səbəbi hələlik açıqlanmayıb.
17 avqust 2001-ci ildə Mersində anadan olan Tolqa Kalender futbol karyerasına “Küvayi Milliyespor”un Gənclər Akademiyasında başlayıb. O, peşəkar karyerası ərzində “Beykoz Anadolu Spor”, “Başakşehir”, “Adana Dəmirspor”, “Bayrampaşaspor”, “Diyarbəkirspor” və son olaraq “Bandırmaspor” klublarının formasını geyinib. Müdafiəçi karyerası boyunca keçirdiyi 131 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yaddaqalıb.
No Comment! Be the first one.