Türkiyədə Süleymançılar liderinin qardaşı hava limanında saxlanılıb
hadiseler.info Türkiyə mediasına istinadən xəbər verir ki, Süleymançılar dini qruplaşmasının lideri Əlixan Kurişin axtarışda olan qardaşı Hilmi Tuna Kuriş saxlanılıb.
Məlumata görə, o, xaricə qaçmağa hazırlaşarkən Marmarisdə ələ keçirilib.
Qeyd edək ki, Əlixan Kuriş avqust ayında həbs edilib. Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan 38 şübhəlidən 32-si barəsində həbs qətimkan tədbiri seçilib, qalan 6 nəfər isə məhkəmə nəzarətinə götürülüb.
No Comment! Be the first one.