Uğursuz edam Tennessidə istefa gətirdi
ABŞ-nin Tennessi ştatında qadın məhbus Krista Paykın edamının uğursuzluqla nəticələnməsi böyük qalmaqala səbəb olub.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisədən sonra Tennessi İslahatlar Departamentinin (TDOC) komissarı Frank Strada vəzifəsindən istefa verib.
Təxminən 200 ildən sonra Tennessidə ölümcül iynə ilə edam edilməli olan ilk qadın məhbusun keçən həftə planlaşdırılan edamı baş tutmayıb. Ona iki doza ölümcül dərman vurulsa da, məhbus sağ qalıb. Müdafiə vəkillərinin verdiyi məlumata görə, K.Payk huşunu itirsə də, nəbzi vurub və nəfəs almağa davam edib. Uğursuz cəhddən sonra o, dərhal xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib.
Strada istefasının dövlətin maraqlarına uyğun olduğunu bildirib və hadisə ilə bağlı aparılan araşdırmanı “tamamilə uyğun və zəruri” adlandırıb. Tennessi qubernatoru Bill Li də komissarın bu addımını yüksək qiymətləndirib.
Rəsmilər 50 yaşlı Krista Paykın edamının yenidən həyata keçirilib-keçirilməyəcəyi barədə hələ ki, rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, K.Payk 1996-cı ildə sevgilisi Tadaril Şipplə birlikdə 19 yaşlı Kollin Slemmeri işgəncə verərək öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məkum edilmişdi.
No Comment! Be the first one.