Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı — Həmin gəmilər vurulmayacaq
Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna və Qara dənizdə Rusiya ilə əlaqəsi olmayan tankerlərə zərbə endirməməyə razılıq verib. Hadisələr.info xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat yayıb. Qeyd olunub ki, Ukrayna rəhbərliyi bu qərarı ABŞ-nin yüksəksəviyyəli rəsmiləri ilə aparılan danışıqlardan sonra qəbul edib.
Agentliyin məlumatına görə, danışıqlar Rusiyanın Novorossiysk liman şəhəri yaxınlığında son vaxtlar baş verən və neft yüklənməsində fasilələrə, eləcə də dünya bazarında neft qiymətlərinin artmasına səbəb olan dron hücumlarından sonra keçirilib.
Çünki enerji bazarındakı qiymət dalğalanmaları və qlobal təchizat zəncirinin pozulması beynəlxalq tərəfdaşların narahatlığına səbəb olmuşdu. Həmçinin ABŞ rəsmilərinin müdaxiləsi regionda neft daşımalarının təhlükəsizliyini təmin etməyə yönəlib.
“Bloomberg” həmçinin yazır ki, Ukrayna gəmi sahiblərinə müəyyən şərtlər irəli sürüb və bu şərtlərə əməl edildiyi təqdirdə onların tankerlərinə Qara dənizdə hücum etməyəcəyini bildirib. Bu şərtlərə əsasən, gəmi və onun sahibləri Ukraynanın sanksiyaları altında olmamalı, Rusiya vətəndaşlarına və ya hüquqi şəxslərinə məxsus olmamalıdır. Eyni zamanda, gəmidə Rusiya nefti və ya Rusiyadan gətirilən digər yüklərə yer verilməməlidir. Ukrayna həmçinin bu məsələ ilə bağlı daşıyıcılar üçün xüsusi rabitə kanalları və təlimatlar da yaradıb.
Lakin Rusiya nefti və sanksiyalı şəxslərlə əlaqəsi olan gəmilər üçün bu təminat keçərli sayılmayacaq.
No Comment! Be the first one.