Ukrayna PUA-ları Permdə “LUKOİL” zavoduna zərbə endirdi
Rusiyanın Perm şəhəri növbəti dəfə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
hadiseler.info xəbər verir ki, Ukrayna ordusu “LUKOİL-Permnefteorqsintez” neft emalı zavoduna zərbələr endirib. Hücum zamanı şəhərdə həyəcan siqnalları və güclü partlayış səsləri eşidilib.
Hadisədən sonra Perm hava limanında təyyarələrin eniş və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Qeyd edək ki, ildə 13 milyon tondan çox neft emal edən bu strateji obyekt bundan əvvəl də dəfələrlə PUA-ların hədəfi olub.
No Comment! Be the first one.