Ukraynada döyüşmüş rusiyalı general həbs edildi
Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin maddi-təlim bazası şöbəsinin rəisi, general-mayor Sergey Nikituşkin barəsində həbs qətimkan tədbiri seçilib.
hadiseler.info xəbər verir ki, 51 yaşlı yüksəkrütbəli zabit dünən axşam saatlarında istintaq təcridxanasına göndərilib. Nikituşkinə qarşı irəli sürülən ittihamların təfərrüatları və işin mahiyyəti hələlik açıqlanmır.
Qeyd edək ki, Sergey Nikituşkin Rusiya-Ukrayna müharibəsində (“xüsusi əməliyyat zonası”) iştirak edib. O, 2024-cü il dekabrın 9-da general-mayor rütbəsinə layiq görülüb və son dövrlərdə Rusiya Federasiyası ərazisindəki tank poliqonlarının modernləşdirilməsi prosesinə rəhbərlik edənlərdən biri olub.
No Comment! Be the first one.