V qrup üzrə dövlət sifarişli yerlərin sayı bəlli oldu
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə ümumilikdə 1543 dövlət sifarişli plan yeri ayrılıb.
hadiseler.info xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub.
Ən çox pulsuz yer Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasına ayrılıb. Bu sahə üzrə 190 yer var. Təsviri incəsənət müəllimliyi üçün 180 yer verilib. İnstrumental ifaçılıq üçün isə 160 yer ayrılıb. Ən az yer Bəstəkarlıq ixtisasına düşür. Bu ixtisas üzrə cəmi 10 yer nəzərdə tutulub.
Qabiliyyət imtahanı balla qiymətləndirilən ixtisaslarda müsabiqə həmin bal əsasında aparılır. Nəticəsi məqbul olan ixtisaslarda isə qəbul imtahanının birinci mərhələ balı nəzərə alınır.
Ixtisas seçimi avqustun 12-dən 19-dək internet üzərindən keçiriləcək.
No Comment! Be the first one.