Vaaqn Xaçatryan: “Azərbaycanla 2 ildir sülh içində yaşayırıq”
Ermənistan Prezidenti Vaaqn Xaçatryan Çexiya Prezidenti Petr Pavel ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanla münasibətlər və regiondakı sülh mühiti haqqında danışıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı 5 oktyabr 2022-ci il Praq görüşündən başlayan birbaşa danışıqların 8 avqust 2025-ci ildə Vaşinqtonda tarixi sazişin imzalanması ilə nəticələndiyini xatırladıb. Xaçatryan artıq iki ildir regionda sülhün hökm sürdüyünü, yaxın gələcəkdə diplomatik əlaqələrin qurulacağını və Türkiyə ilə də daxil olmaqla sərhədlərin açılacağını gözlədiklərini bildirib. O, regional kommunikasiyaların bərpasının Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirəcəyini vurğulayıb.
No Comment! Be the first one.