Vaşinqton və Tehran arasında “X günü”: Pekin və Əmmandan birgə çağırış
Çin və İordaniya birgə bəyanat yayaraq ABŞ və İranı atəşkəs rejiminə riayət etməyə və gərginliyi azaltmağa çağırıblar.
hadiseler.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, hər iki ölkə Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpa olunmasının vacibliyini vurğulayıb.
Pekin və Əmman Vaşinqtonla Tehranı münaqişənin köklü səbəblərini aradan qaldıran hərtərəfli həll yolu tapmağa səsləyib. Bəyanatda həmçinin İsrailin İordan çayının qərb sahili və Şərqi Qüdsdə gərginliyi artıran Addımları barədə ciddi narahatlıq ifadə olunub.
Qeyd edək ki, ABŞ rəhbərliyi İrana qarşı “İqtisadi D-Day” adlandırdığı yeni genişmiqyaslı təzyiq kampaniyasına start verib. Vaşinqton Tehranı tam təcrid etməyi və onunla ticarət-maliyyə əlaqələri saxlayan xarici qurumları sanksiyalarla cəzalandırmağı hədəfləyir. ABŞ-nin maliyyə naziri Skott Bessent avqustun 24-nün İrana qarşı maliyyə sıxışdırmasının başlandığı “X günü” və qarşıdurmanın “son fazası” olduğunu bildirib.
No Comment! Be the first one.