Viktor Yuşşenko Ukraynaya dəstəyə görə İlham Əliyevə təşəkkür edib
Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Ukraynaya göstərilən humanitar yardıma, uşaqların reabilitasiya proqramlarına və ölkənin suverenliyinə dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığını bildirib.
hadiseler.info xəbər verir ki, sabiq dövlət başçısı bu barədə Bakıya etdiyi son səfərlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Yuşşenko Prezident İlham Əliyevlə 20 ildən çox davam edən şəxsi dostluq münasibətlərinin olduğunu vurğulayıb. O, Azərbaycan xalqı ilə dostluğunun bünövrəsinin hələ 1989-cu ildə Naxçıvanda ümummilli lider Heydər Əliyevlə tanışlığı zamanı qoyulduğunu qeyd edib.
Sabiq prezident 2008-ci ilin mayında Kiyevdə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsini xatırladaraq, son Bakı görüşündə iki ölkə arasında gələcək əməkdaşlıq və konkret layihələrin müzakirə olunduğunu diqqətə çatdırıb.
No Comment! Be the first one.