Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 1-də Sumqayıt şəhərində vətəndaş qəbulu və polis orqanları ilə Daxili Qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
hadiseler.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, qəbula yazılmaq istəyən sakinlər nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı avqustun 31-dək yaşadıqları ərazinin polis orqanına müraciət edə bilərlər. Həmçinin müraciətlər “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az portalı və DİN-in sosial şəbəkə hesabları vasitəsilə də qəbul olunur.
Xidmətə qəbul olunmaq istəyən namizədlər üçün sıra baxışı sentyabrın 1-i saat 08:00-da Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissəsində baş tutacaq. Qəbul və sıra baxışına gələn şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
No Comment! Be the first one.