Suriyada partlayış: Ölənlər və yaralananlar var
Suriyanın tarixi Palmira bölgəsində şiddətli partlayış baş verib.
hadiseler.info Suriya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində ilk məlumatlara görə azı bir nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və xilasedicilər cəlb olunub. Partlayışın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
No Comment! Be the first one.