Vüsal Aslanovdan yüksək vəzifəyə TƏYİNAT – FOTO
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib.
hadiseler.info “İqtisadiyyat.az”a istinadən xəbər verir ki, bununla bağlı QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Rəşad Əliyev QSC-nin Maliyyə departamentinin rəis müavini vəzifəsinə gətirilib.
Qeyd edək ki, R.Əliyev bu təyinatadək baş mühasibin müavini vəzifəsində çalışıb. O, 2019-cu ildən “Bakı Metropoliteni”nin komandasında fəaliyyət gösterir.

No Comment! Be the first one.