“Xankəndi” baş məşqçisi Zaur Hacıyev ilə yollarını ayırdı
Azərbaycan I Liqasında mübarizə aparan “Xankəndi” futbol klubunda baş məşqçi ayrılığı yaşanıb.
hadiseler.info xəbər verir ki, “Xankəndi” FK ilə klubun baş məşqçisi Zaur Hacıyev arasında əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub tərəfindən verilən rəsmi məlumatda təcrübəli mütəxəssisə komandadakı xidmətlərinə görə təşəkkür edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.
No Comment! Be the first one.