Xankəndidə Prezidentin adından rəsmi ziyafət verilib – Fotolar
hadiseler.info xəbər verir ki, Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.
Ziyafətdə rəsmi hissədən sonra konsert proqramı təqdim olunub. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan incəsənət xadimləri, eləcə də Vətən Müharibəsi qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif edilmiş hərbi qulluqçularla görüşərək xatirə fotosu çəkdiriblər.





No Comment! Be the first one.