Yanacaq daşıyan avtomobil dəmir maneələrə çırpıldı – VİDEO
Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunda yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, qəza magistral yolun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan yanacaq daşıyan iritonnajlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir maneələrə çırpılıb. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma başlanılıb.
No Comment! Be the first one.