Yeni “Hörümçək-adam” filmindən 100 milyon dollar qazanacaq
Məşhur aktyor Tom Holland “Hörümçək-adam” franşizasındakı roluna görə rekord məbləğdə qonorar əldə edəcək.
hadiseler.info xəbər verir ki, 30 yaşlı britaniyalı aktyor Tom Holland “Hörümçək-adam: Yeni gün” (“Spider-Man: Brand New Day”) filmindəki Piter Parker rolu üçün 100 milyon dollardan çox qazanacaq.
Məlumata görə, aktyorun müqaviləsində 20 milyon dollar sabit qonorar nəzərdə tutulub, qalan 80 milyon dollardan çox hissə isə filmin kassa yığımlarından gələn faizlərdən formalaşacaq. İyulun 31-də nümayiş olunmağa başlayan ekran əsərində həmçinin Zendaya, Sedi Sink, Mark Ruffalo və Florens Pyu kimi ulduzlar yer alıb.
No Comment! Be the first one.