Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Şuşada Türkiyə Prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – Video
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Şuşada Türkiyə Prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – Video
Səhiyyə

Yeni Klinikada Tibbi Tədris-Simulyasiya Mərkəzi fəaliyyətə başlayıb

İyul 14, 2026
374 Views

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Tibbi Tədris-Simulyasiya Mərkəzinin açılışı olub.

“Report”un məlumatına görə, BP və onun tərəfdaş şirkətlərinin maliyyə dəstəyi, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icrası ilə yaradılan mərkəz tibb işçilərinin və tələbələrin peşəkar hazırlığının gücləndirilməsi məqsədi daşıyır. Layihə davamlı tibbi təhsil imkanlarının genişləndirilməsi və ölkə üzrə təlimlərə bərabər çıxışın təmin edilməsini hədəfləyir.

Beynəlxalq standartlara uyğun qurulan mərkəzdə manipulyasiya, travma, xəstəyə qulluq və pediatrik təcili yardım otaqları fəaliyyət göstərir. Tədris bazası yüksək realizm səviyyəsinə malik simulyasiya avadanlıqları və real klinik mühiti əks etdirən müasir texnologiyalarla təchiz edilib.

Açılış mərasimində çıxış edən TƏBİB-in icraçı direktorunun müavini Bahadur Rzayev bildirib ki, simulyasiya əsaslı təlimlər tibb işçilərinin praktiki bacarıqlarının beynəlxalq standartlara uyğun inkişafına və ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə layihənin məqsədinin tibb mütəxəssislərinin müasir təlim imkanlarına çıxışını genişləndirmək və onların peşəkar bacarıqlarını artırmaq olduğunu vurğulayıb.

Mərasimin ardından qonaqlar mərkəzlə tanış olub, təcili tibbi yardım üzrə praktik simulyasiya nümayişini izləyiblər. Təqdimat zamanı müxtəlif klinik vəziyyətlərdə tibbi komandanın fəaliyyəti və qərarvermə prosesi nümayiş etdirilib.

Mərkəzdə həmçinin müasir simulyasiya avadanlıqları, onlayn təlimlərin idarə olunması və videoarxiv sistemləri, real vaxt rejimində yayım üçün audio-vizual infrastruktur, eləcə də tam təchiz olunmuş təlim otaqları yaradılıb.

Qeyd edək ki, layihənin ilk mərhələsində təcili tibbi yardım modulu istifadəyə verilib. Növbəti mərhələlərdə isə reanimasiya və intensiv terapiya, neonatologiya, həmçinin doğuş üzrə əlavə təlim modullarının yaradılması nəzərdə tutulur.

Tags:

#Yeni klinika

Share Article

Follow Me Written By

admin

Other Articles

Previous

Qubada 11 yaşlı uşaq çayda boğularaq həyatını itirib

Next

XV Beynəlxalq İpək Yolu Festivalına start verildi – Fotolar

Next
İyul 14, 2026

XV Beynəlxalq İpək Yolu Festivalına start verildi – Fotolar

Previous
İyul 14, 2026

Qubada 11 yaşlı uşaq çayda boğularaq həyatını itirib

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Səhiyyə
Leylan Nəsirova vəzifəsindən azad olundu – Yeni təyinat
Ayla
Noyabr 3, 2026
Səhiyyə
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzində oldu – FOTO
Ayla
Oktyabr 19, 2026
Səhiyyə
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi
Ayla
Oktyabr 19, 2026
Səhiyyə
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi təqaüdə göndərildi
Ayla
Oktyabr 12, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Noyabr 8, 2026
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Noyabr 8, 2026
Şuşada Türkiyə Prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – Video
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 648
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya