Yeni Yasamalda bədbəxt hadisə: 8-ci mərtəbədən yıxılan şəxs həyatını itirdi
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisələr.info xəbər verir ki, gecə saat 01 radələrində Mingəçevir şəhər sakini, 1986-cı il təvəllüdlü Rəvan Elbrus oğlu Abdurahmanov Yeni Yasamal yaşayış massivində icarəyə götürdüyü mənzilin eyvanından yıxılıb.
Məhəmməd Xiyabani küçəsi 33 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən yerə çırpılan şəxs aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən müvafiq araşdırmalara başlanılıb.
No Comment! Be the first one.