Yer kürəsində geomaqnit pozuntuları gözlənilir
Günəşdə baş verən proseslər səbəbindən oktyabrın 29-30-da Yer kürəsində geomaqnit pozuntularının yaranması gözlənilir.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Alimlərin açıqlamasına görə, oktyabrın 28-dən etibarən Yer kürəsinin növbəti tac dəliyinin təsir zonasına daxil olması gözlənilir. Bu səbəbdən həftənin ikinci yarısında – cümə axşamı və cümə günləri geomaqnit aktivliyində yeni dalğanın baş verə biləcəyi bildirilir. Lakin mövcud vəziyyətə əsasən, tammiqyaslı maqnit fırtınası həddinin aşılması ehtimalı aşağı qiymətləndirilir.
Laboratoriya həmçinin ötən həftəsonu geomaqnit şəraitin tamamilə sakitləşdiyini, hazırda Günəşdə partlayış aktivliyinin zəif olduğunu qeyd edib. Hətta müşahidə olunan bir neçə yeni aktiv bölgədə günəş ləkələrinin də olmadığı bildirilir. Alimlər yaxın günlərdə həmin aktiv bölgələrin yoxa çıxacağını və Günəşdə partlayış aktivliyinin tamamilə dayanacağı ehtimalını da istisna etmirlər.
No Comment! Be the first one.