Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu yola çıxan hərəkət iştirakçılarına müraciət edib.
hadiseler.info xəbər verir ki, xüsusilə gecə və səhər saatlarında duman səbəbindən görünüş məsafəsinin azalması və yol örtüyünün yaş olması əyləc məsafəsini uzadır, nəqliyyatın idarə olunmasını çətinləşdirir.
Həftəsonu yollarda intensivliyin artacağını nəzərə alaraq BDYPİ sürücülərə aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:
Səfərləri əvvəlcədən planlaşdırmaq və avtomobilin texniki sazlığını yoxlamaq;
Sürət həddini hava və görünüş şəraitinə uyğun seçmək, təhlükəsiz ara məsafəsini saxlamaq;
Ötmə, manevr, dayanma və durma zamanı təhlükəsizlik qaydalarına kəskin əməl etmək;
Texniki nasazlığı olan nəqliyyat vasitələri ilə yola çıxmamaq.
Yol polisi hər bir sürücünü özünün və digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün məsuliyyətli olmağa çağırır.
No Comment! Be the first one.