Cənubi Koreyada ticarət mərkəzində tavan çökdü – 38 yaralı
Cənubi Koreyanın Tequ şəhərində yerləşən ticarət mərkəzində bədbəxt hadisə qeydə alınıb.
hadiseler.info xəbər verir ki, ticarət binasında tavanın bir hissəsinin çökməsi nəticəsində azı 38 nəfər xəsarət alıb.
Məlumata görə, hadisə anında binada ümumilikdə 66 nəfər olub. Ərazidə olan insanlar dərhal təxliyə edilib. Qəza zamanı 38 nəfər yüngül xəsarət alıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib. Yaralıların həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir.
Hazırda ərazidə axtarış-xilasetmə işləri yekunlaşdıqdan sonra aidiyyəti qurumlar çökmənin dəqiq səbəblərini araşdırmağa başlayacaq.
No Comment! Be the first one.