Yolda düz xətti qırıq xəttə çevirdilər – 3 şəxs saxlanıldı
Bakıda yol nişanlanmasına müəmmalı müdaxilə edilərək sürücülər üçün təhlükəli vəziyyət yaradılıb.
hadiseler.info “Xəzər TV”yə istinadən xəbər verir ki, hərəkətin intensiv olduğu Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən yoldakı qoşa xəttin bir hissəsi qara boya ilə qırıq xəttə çevrilib. Məqsəd ərazidəki müşahidə kameralarının dönmə edən sürücülərə cərimə yazmasının qarşısını almaq olub.
Yol nişanlanmasının dəyişdirilməsi vizual olaraq qırıq xətt təsiri bağışladığı üçün sürücülər arasında çaşqınlıq yaradıb və bir çox nəqliyyat vasitəsi oradan dönməyə cəhd edib. Mütəxəssislər bildirirlər ki, magistral yolda yol nişanlanmasının bu şəkildə dəyişdirilməsi qarşıdan gələn avtomobillərlə toqquşma riskini kəskin artırır.
Məsələ ilə bağlı Bakı Şəhər Yol Polisi İdarəsindən bildirilib ki, təhlükəsizlik kameraları vasitəsilə faktı törədən 3 şəxs müəyyən olunaraq saxlanılıb və istintaqa cəlb ediliblər.
hadiseler.info həmin videomaterialı təqdim edir:
No Comment! Be the first one.