Yunanıstanda benzinin qiyməti rekord həddə çatdı
Yaxın Şərqdəki geosiyasi gərginlik və neftin bahalaşması fonunda Yunanıstanın yanacaqdoldurma məntəqələrində Aİ-95 markalı benzinin litri 2.16 avroya, dizel yanacağının qiyməti isə 2.14 avroya qədər yüksəlib.
hadiseler.info xəbər verir ki, bu barədə paytaxt Attika vilayətinin Yanacaqdoldurma Məntəqələri Sahibləri Assosiasiyasının prezidenti Nikos Papageorgiu məlumat verib.
N.Papageorgiu “Naftemporiki” qəzetinə müsahibəsində bildirib ki, ölkənin əksər YDM-lərində Aİ-95 benzinin litri 2.10 avronu keçib, bəzi yerlərdə isə 2.20 avroya çatıb. Müqayisə üçün qeyd olunub ki, 2025-ci ildə orta qiymət 1.68-1.75 avro aralığında idi.
Qeyd edilib ki, xüsusilə Yunanıstanın şimal bölgələrində vəziyyət daha ağırdır. Yanacağın cənubdan daşınma xərcləri qiymətləri artırdığı üçün sərhədyanı ərazilərdə yaşayan yunanlar avtomobillərinə yanacaq vurmaq üçün qiymətlərin daha ucuz olduğu Şimali Makedoniyaya keçməyə məcbur olurlar.
Assosiasiya rəhbəri xəbərdarlıq edib ki, geosiyasi böhran dərinləşərsə, neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilsin. Əsas çətinliklərin qış mövsümündə evlərin isidilməsi üçün mazut tədarükü zamanı yaranacağını vurğulayan Papageorgiu, əhalinin donmaması üçün hökuməti mazutun qiymətinə ciddi subsidiyalar ayırmağa çağırıb.
No Comment! Be the first one.