Yunanıstanda tələbə etirazları: 20 nəfər saxlanıldı
Yunanıstanın mühüm şəhərlərində təhsil işçilərinin və tələbələrin kütləvi etiraz aksiyaları keçirilib. Polisin müdaxiləsi nəticəsində 20 nəfər saxlanılıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, paytaxt Afina və Saloniki şəhərlərində təhsil işçilərinin genişmiqyaslı tətili baş tutub. Müəllimlər və təhsil işçiləri əməkhaqlarının artırılmasını, eləcə də iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.
Aksiyalara tələbələr və məktəblilər də qoşulublar. Salonikidə keçirilən nümayişlərdə 2500 nəfər, Afinada isə 1500 nəfər iştirak edib.
Etiraz dalğası fonunda Afina və Saloniki şəhərlərinin mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, bir sıra yollar bağlanıb. Asayişi bərpa etməyə çalışan polis əməkdaşları aksiyalar zamanı 20 nəfəri tutaraq bölmələrə aparıb.
No Comment! Be the first one.