Yəməndə hökumət qüvvələri hücuma keçdi
Yəməndə beynəlxalq səviyyədə tanınan hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı hücuma keçərək strateji əhəmiyyətə malik əraziləri nəzarətə götürüb.
hadiseler.info xəbər verir ki, Taiz və Hudeydə vilayətlərində, eləcə də Qırmızı dənizin qərb sahili boyunca döyüşlər şiddətlənib. Şiddətli toqquşmalar nəticəsində mülki şəxslər də daxil olmaqla 60-dan çox insan həyatını itirib.
Yəmən ordusundan verilən məlumata görə, Hudeydə, Taiz və İbb vilayətlərini birləşdirən cənubdakı strateji Hays rayonu üzərində nəzarət tam olaraq bərpa edilib.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bildirib ki, Taizdə döyüşlərin kəskinləşməsi səbəbindən son iki gün ərzində təxminən 1 800 ailə yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
No Comment! Be the first one.