Zəngəzurda Azərbaycan əsgərinin saxlanılma anının görüntüləri yayıldı – VİDEO
Ermənistan KİV-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin Zəngəzur ərazisində saxlanılma anına dair kadrlar dərc olunub.
hadiseler.info xəbər verir ki, müvafiq kadrları Ermənistanın “armlur.am” nəşri yayıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzurun Şəki kəndi yaxınlığında naməlum səbəblərdən şərti sərhədi keçdiyi bildirilən hərbçimiz barəsində Ermənistanda ikiaylıq həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.