Zakir Həsənov Böyük Britaniya və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Böyük Britaniya və Slovakiya nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
hadiseler.info Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Birləşmiş Krallıq və Slovakiya ilə bütün sahələrdə, xüsusilə hərbi və təhlükəsizlik məsələlərində əməkdaşlığa daim maraqlı olduğu bildirilib və mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub.
Qarşı tərəfdən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker və Slovakiya Respublikasının Baş nazirinin müavini – müdafiə naziri Robert Kalinyak Azərbaycanda olmaqdan və sərgidə iştirakdan məmnunluqlarını bildiriblər. Görüşdə ikitərəfli əməkdaşlığın əsas istiqamətləri vurğulanıb:
Hərbi təhsil: Müdafiə strukturları arasında təcrübə mübadiləsi və təhsil sahəsində əlaqələrin inkişafı.
Hərbi-texniki innovasiyalar: Müasir texnologiyalar və innovativ həllər üzrə birgə əməkdaşlığın davam etdirilməsi.



No Comment! Be the first one.