Zaqatalada evləri talayan şəxs saxlanıldı – FOTO
Zaqatala rayonunda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən tutulub.
hadiseler.info xəbər verir ki, rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən pul oğurlanması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri operativ-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb. Aparılan araşdırmalarla onun yalnız bir evdən deyil, ümumilikdə rayon ərazisindəki bir neçə fərdi yaşayış evindən silsilə oğurluqlar etdiyi üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

No Comment! Be the first one.