Zelenski bu gün Berlində Mərtslə danışıqlar aparacaq
hadiseler.info xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Berlinə səfər edəcək və orada Almaniya Kansleri Fridrix Mərtslə danışıqlar aparacaq.
“Reuters”ə istinadən verən məlumata görə, bunu Almaniyanın paytaxtında keçirilən biznes konfransında Kansler özü bildirib.
V.Zelenskinin ötən il Ağ Evə etdiyi səfəri xatırladan Merts qeyd edib: “O, günortadan sonra burada mənimlə olacaq və o zaman hər şey bir qədər fərqli olacaq”.
“Reuters”in məlumatına görə, Ukrayna Prezidentinin Almaniyaya səfərləri son ana qədər gizli saxlanılır və gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir.
No Comment! Be the first one.