Zelenski: Rusiya hücumu nəticəsində Mila kəndində 38 nəfər həlak olub
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev vilayətinə endirilən Rusiya zərbələrinin ağır nəticələri barədə məlumat açıqlayıb.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Kiyev vilayətinin Mila kəndinə Rusiya ordusu tərəfindən hücum nəticəsində 38 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.
Zelenski bildirib ki, Rusiya son bir həftə ərzində Ukrayna ərazisinə təxminən 2 min PUA, 1600-dən çox aviabomba və 31 raket atıb. O, atılan raketlərin bəzilərinin Şimali Koreya istehsalı olduğunu qeyd edib.
No Comment! Be the first one.