Zelenski: “Ukrayna ordusu Liman istiqamətində uğurlar qazanıb”
Ukrayna Prezidenti Volodimir Zelenski cəbhənin Liman istiqamətindəki son vəziyyətlə bağlı açıqlama verib.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı Donetsk vilayətində keçirilən “Vivaldi” əməliyyatı və desant-hücum qoşunlarının aktiv müdafiə tədbirləri çərçivəsində mühüm nəticələrin əldə olunduğunu bildirib.
Zelenski həmçinin vurğulayıb ki, cəbhədəki cari vəziyyəti dəyərləndirmək və növbəti addımları planlaşdırmaq üçün hərbi rəhbərliklə xüsusi görüş keçirərək gələcək planları müəyyənləşdirib.
No Comment! Be the first one.