Zelenskinin köməkçisinin evində reyd: Antikorrupsiya əməliyyatı başladı
Ukraynada dövlət rəsmilərinə qarşı irimiqyaslı antikorrupsiya əməliyyatı çərçivəsində axtarışlar həyata keçirilir.
hadiseler.info Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) birgə xüsusi əməliyyat keçirir.
Axtarışlar Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofis rəhbərinin müavini İrina Mudra və xalq deputatı Vadim Stoların yaşayış ünvanlarında aparılır. Əməliyyatın hazırkı və keçmiş yüksəkvəzifəli şəxslərdən ibarət cinayətkar qruplaşmanın ifşası məqsədilə keçirildiyi bildirilir.
No Comment! Be the first one.