Zelenskinin təyyarəsi dron hücumu təhlükəsi ilə üzləşib
Ukrayna Prezidenti Volodimir Zelenskinin uçduğu təyyarə Moldovadan Norveçə yola düşərkən pilotsuz uçuş aparatının (PUA) zərbəsi ilə üz-üzə qalıb.
hadiseler.info xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe NRK telekanalına açıqlamasında bildirib.
“Onun təyyarəsi Moldovadan havaya qalxarkən az qala pilotsuz uçuş aparatı tərəfindən vurulacaqdı. Onun üzləşdiyi reallıq budur”, – deyə Norveç hökumətinin başçısı vurğulayıb.
Qeyd edək ki, Ukrayna dövlət başçısı Norveçin paytaxtı Osloda Yonas Qar Störe ilə rəsmi görüş keçirib. Danışıqlar zamanı tərəflər Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, xüsusən də “Patriot” kompleksləri üçün raket təminatı məsələlərini müzakirə ediblər.
No Comment! Be the first one.