“Zevs”in qardaşı Hüseyn Quliyev azadlığa buraxıldı
Bakı Apellyasiya Məhkəməsində “Zevs” ləqəbli şəxsin qardaşı Hüseyn Quliyevin barəsindəki məhkəmə qərarı dəyişdirilib.
hadiseler.info xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən apellyasiya iclasında Hüseyn Quliyev azadlığa buraxılıb.
Xatırladaq ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə H.Quliyev təkrar dələduzluqda və qumar oyunları təşkil etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin həmin məhkəmə onunla bağlı irəli sürülmüş ən ağır ittiham – Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) üzrə bəraət hökmü çıxarmışdı. Apellyasiya instansiyası məhkəməsi isə onun azadlığa buraxılması barədə qərar qəbul edib.
No Comment! Be the first one.