Zimbabvedə dəhşətli yol qəzası: 25 nəfər həlak oldu- VİDEO
Zimbabvedə sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, qəza Harare – Çivu magistral yolunda qeydə alınıb. Şahidlərin və ZBC teleradio şirkətinin məlumatına görə, arasında sərnişin avtobusu və yük maşınının toqquşması nəticəsində ən azı 25 nəfər həlak olub.
Məlumata görə, toqquşmadan sonra avtobusda yanğın baş verib. Hadisə nəticəsində ağır xəsarətlər alan daha 2 nəfər isə kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə organları tərəfindən genişmiqyaslı araşdırma aparılır.
No Comment! Be the first one.