3 yaşınadək uşağı olan analara ödənilən müavinət artırılır – 100 manat olacaq
Azərbaycanda üç yaşınadək uşağı olan analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir.
hadiseler.info xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 3 yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən aylıq müavinətin məbləği 37 manat 58 qəpikdən 100 manata qaldırılır. Bu da ödənişin 62 manat 42 qəpik artması deməkdir.
No Comment! Be the first one.