7 ölkə İrana görə İstanbulda toplaşır – Kritik görüş keçiriləcək
Avqustun 30-da Türkiyənin İstanbul şəhərində İranla bağlı mühüm beynəlxalq görüşün keçirilməsi planlaşdırılır.
hadiseler.info xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Toplantıda Avropa İttifaqının “üçlüyü”nə daxil olan Böyük Britaniya, Almaniya və Fransa ilə yanaşı, Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı gözlənilir. Danışıqların keçirilməsi təşəbbüsü Almaniya və Türkiyə tərəfindən irəli sürülüb.
Görüş zamanı Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi yolları, regiondakı mövcud təhlükəsizlik vəziyyəti, habelə Qara dənizdəki durum və Ukrayna taxılının ixracı məsələləri müzakirə olunacaq. İştirakçı ölkələr bu diplomatik addımın ABŞ-a İranla danışıqları davam etdirməyin zəruriliyi barədə aydın siqnal olacağını gözləyirlər.
No Comment! Be the first one.