“Qarabağ”ın zədəli futbolçularının son durumu bəlli oldu
Ağdamın “Qarabağ” klubunun heyətində zədəli olan iki futbolçunun son vəziyyəti ilə bağlı yeniliklər var.
hadiseler.info xəbər verir ki, ağdamlıların yeni transferi, hücumçu Zakaria Savo artıq komanda ilə birgə məşqlərə başlayıb. İyulun 30-da Sofiyada Bolqarıstanın MOİK klubu ilə oyunda zədələnən qambiyalı legioner təxminən beş həftəlik fasilədən sonra hazırlıqlara qoşulub. Onun sentyabrın 13-də “Zirə” ilə keçiriləcək 5-ci turun matçında iştirak ərizəsinə salınması gözlənilir.
Klubun digər zədəli futbolçusu Bəhlul Mustafazadənin vəziyyəti isə narahatlıq doğurur. Fevral ayında ağır zədə alan 27 yaşlı müdafiəçinin ayağının əməliyyat olunmuş hissəsində yenidən fəsadlar meydana gəlib. Onun dəqiq müayinə üçün yenidən xaricə göndərilməsi və növbəti matçları buraxması ehtimal edilir.
No Comment! Be the first one.