Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları ötdü
Azərbaycanın strateji valyuta ehtiyatlarında kəskin artım dinamikası davam edir.
hadiseler.info xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il sentyabrın 1-nə ölkənin strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,7% çoxdur. Qeyd olunub ki, yalnız avqust ayı ərzində valyuta ehtiyatları 3 milyard 954,8 milyon ABŞ dolları həcmində artıb.
Məlumat üçün bildirək ki, 2025-ci ilin yekununda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları səviyyəsində qərarlaşmışdı.
No Comment! Be the first one.